İspaniya Ukraynaya 1 milyardlıq hərbi yardım göndərəcək

2025/02/thumb-1740413173.jpg
Oxunub: 491     19:51     24 Fevral 2025    
Kiyevdə keçirilən Ukrayna tərəfdaşları ölkələrinin forumu çərçivəsində İspaniya baş naziri Pedro Sançes ölkəsinin Ukraynaya 1 milyard avro həcmində yeni yardım paketi göndərəcəyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

“İspaniya Ukraynaya artıq bu il 1 milyard avro həcmində yeni hərbi yardım paketi çatdıracaq”, - deyə baş nazir görüş zamanı bildirib.

Qeyd edək ki, Ukrayna tərəfdaşları forumunda Kanadanın prezidenti Castin Trüdo, İspaniya baş naziri Pedro Sançes, Litva və Latviya prezidentləri Qitanas Nauseda və Edqar Rinkeçiv, Estoniya baş naziri Kristien Mixal və başqaları iştirak edir. Bundan savayı, toplantıya Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta qatılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin