Podolyak: "Rusiya müharibəni bitirmək istəmir"

2023/11/655b2-1700474506.jpg
Oxunub: 581     18:25     24 Fevral 2025    
Rusiya müharibəni bitirmək istəmir.

Ordu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin müşaviri Mixoylo Podolyak "X"də yazıb.

O bildirib ki, müharibə yalnız rəsmi Moskvaya təzyiqlə başa çata bilər: "Əks halda müharibə davam edəcək və daha da genişlənəcək".

Siyasətçi vurğulayıb ki, Ukraynanın müdafiə və təhlükəsizliyi ilə bağlı qərarlar tez, qətiyyətlə və uzun müzakirələr aparılmadan qəbul edilməlidir.

"Rusiya nümayişkaranə şəkildə beynəlxalq hüququ “öldürdü”. Lakin o, bərpa edilməli və yenidən qurulmalıdır", - M.Podolyak əlavə edib.

Qeyd edək ki, bu gün Rusiya-Ukrayna müharibəsinin üçüncü ili tamam olur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Podolyak   Rusiya  


Bizi "telegram"da izləyin