İsrail girovların azad edilməsi üçün Qəzzada atəşkəsi uzatmağa hazırdır

2025/02/1740138615.jpg
Oxunub: 463     18:11     24 Fevral 2025    
İsrail Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan daha çox israilli girovun azad edilməsi müqabilində anklavda atəşkəsi uzatmağa hazırdır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Brüsseldə Rumıniya, Bolqarıstan, Finlandiya, Slovakiya və Macarıstanın xarici işlər nazirləri ilə görüşündə bildirib.

“Daha çox girovun azad edilməsi müqabilində müvəqqəti atəşkəsin uzadılmasını istisna etmirik. "Girovlar azad edilmədən bu baş verməyəcək. Biz girovlarımızı azad etmək və Qəzza zolağındakı müharibədə qarşıya qoyduğumuz məqsədlərə nail olmaqla bağlı öhdəlik götürmüşük", - o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin