Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib

2024/08/1724327005.jpg
Oxunub: 486     14:44     24 Fevral 2025    
Moskva ilə Kiyev arasında Ukraynanın Sum vilayətində olan Kursk vilayəti sakinlərinin təxliyə edilməsi ilə bağlı razılıq əldə olunub.

Ordu.az xəbər verir ki, bu Rusiyanın insan hüquqları üzrə müvəkkili-ombudsman Tatyana Moskalkova bildirib.

Onun sözlərinə görə, Ukraynanın Sum vilayətində olan Kursk vilayəti vətəndaşlarının Belarus vasitəsilə Rusiyaya təxliyə olunması barədə razılıq əldə olunub.

Qeyd edək ki, ötən ilin avqustunda Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinə daxil olaraq, böyük bir ərazisini nəzarətə götürüblər. Nəticədə vilayətinin Ukrayna qoşunlarının nəzarətinə keçən hissəsinin sakinlərinin bir qismi Sum vilayəti ərazisinə köçürülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Kiyev   Kursk  


Bizi "telegram"da izləyin