Zelenski Rusiya ilə əsirlərin mübadiləsinə hazır olduqlarını açıqlayıb

2025/02/1740390882.jpg
Oxunub: 393     13:44     24 Fevral 2025    
Ukrayna Rusiya ilə əsirlərin “hamının-hamıya” prinsipi əsasında mübadiləsinə hazırdır.

Ordu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O həmçinin Rusiya ilə danışıqların perspektivlərini də dəyərləndirib:

“Rusiya bütün əsirlərimizi azad etməlidir. Biz onların “hamının-hamıya” prinsipi ilə mübadiləsinə hazırıq. Ukrayna, Avropa və ABŞ danışıqlarda Rusiyanın qarşısında oturmalıdır. Bu ona görə lazımdır ki, sülhün vacibliyi təkcə normallaşma, münasibətlərin yenidən başlanması və barışıq haqqında söhbətlərlə məhdudlaşmasın. Kimsə bu müharibədə Rusiyanın müttəfiqi ola və ya savaş üzərindən gəlir əldə edə bilər. Lakin o heç bir şəkildə hörmət görməyəcək. Ukrayna sülhə yalnız güc və müdriklik hesabına nail olmalıdır. Rusiyaya etibar yoxdur”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Rusiya  


Bizi "telegram"da izləyin