Lavrov bu həftə Moskva və Vaşinqton arasında təmasların anonsunu verib

2025/02/1740390777.jpg
Oxunub: 305     13:35     24 Fevral 2025    
Bu həftə Rusiya və ABŞ arasında təmaslar baş tutacaq.

Ordu.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə XİN başçısı Hakan Fidanla danışıqlaırnın yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu təmaslar diplomatik missiyaların işindəki maneələri aradan qaldırmağa həsr olunacaq: “Rusiya və ABŞ bu həftə diplomatik missiyaların işinin normallaşdırılması ilə bağlı tam məsləhətləşmələr aparacaq”.

Lavrov ABŞ-nin Ukrayna ilə bağlı Rusiya Federasiyası ilə dialoq üçün xüsusi nümayəndə təyin etməli olduğunu da söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Vaşinqton  


Bizi "telegram"da izləyin