Zaxarova: Marseldəki konsulluqda baş verən partlayışda terror aktı əlamətləri var

2024/09/1725438702.jpg
Oxunub: 359     13:24     24 Fevral 2025    
Rusiyanın Marseldəki Baş Konsulluğunun ərazisində baş verən partlayışlarda terror aktının bütün əlamətləri var.

Ordu.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Rusiyanın Baş Konsulluğundan bildirilib ki, konsulluğun ərazisinə üç partlayıcı qurğu atılıb. Qurğulardan biri partlamayıb, xəsarət alan yoxdur.

LCI telekanalı xəbər verir ki, konsulluğun ətrafı mühasirəyə alınıb və hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli konteynerin zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Marsel   Partlayış  


Bizi "telegram"da izləyin