ABŞ və İsrail nümayəndə heyətləri BMT-nin açılış tədbirinə qatılmayıb

2025/02/1740388570.jpg
Oxunub: 322     13:00     24 Fevral 2025    
ABŞ ilk dəfə olaraq BMT İnsan Hüquqları Şurasının yüksək səviyyəli sessiyasının açılışına nümayəndə göndərməyib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bazar ertəsi BMT İnsan Hüquqları Şurasının 58-ci sessiyasının yüksək səviyyəli həftəsinin açılışına baxmayaraq, Cenevrədə BMT İnsan Hüquqları Şurasının iclas zalında ABŞ nümayəndə heyəti üçün ayrılmış yer ilk dəfə olaraq boş qalıb. Açılışda İsrail nümayəndə heyəti də iştirak etmir.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ölkənin BMT-nin İnsan Haqları Şurasından çıxması barədə fərman imzalayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   BMT  


Bizi "telegram"da izləyin