Türkiyə NATO-nun əsas “apoloqları”ndan birinə çerilə bilər – ANALİZ

2025/02/1740387500.jpg
Oxunub: 668     17:34     24 Fevral 2025    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə NATO-nun Baş katibi Mark Rutte arasında telefon danışığı oldu. Rəsmi açıqlamaya görə, onlar beynəlxalq vəziyyət və Ukrayna ətrafında baş verənləri müzakirə etdilər.

Ərdoğan əmin etdi ki, Türkiyə Ukraynada sülhün əldə olunması üçün səylərini davam etdirir. Maraqlıdır ki, Ərdoğanla Rutte arasında söhbət Ukrayna prezidenti Volodimir Zelenskinin Ankaraya gələrək, Ərdoğanla danışıqlar apardığı gün baş tutdu. Rusiya ilə münasibətlərinə görə uzun müddətdir NATO-nun potensial “pozucusu” kimi ittiham olunan Ərdoğan praktiki olaraq NATO-nu saxlamaqda ən çox maraqlı olan tərəflərdən biri olduğunu nümayiş etdirir.

Bu gün Donald Trampın siyasəti NATO-nun perspektivləri ilə bağlı sualların fürsət və səbəbinə çevrilib. Bu suallar isə Türkiyə üçün də aktualdır. Ankara bu məsələdə bəlkə də ən həssasdır. Biz özümüz də dəfələrlə bu məsələyə toxunmuşuq, Türkiyənin NATO-da böyüyə biləcəyini və ya bunu etməkdə maraqlı olduğunu şübhə altına qoymuşuq.

Məsələ burasındadır ki, Türkiyə hətta Rusiya ilə münasibətlərində də NATO-ya maneə kimi deyil, əksinə, mühüm dəstək amili kimi baxıb. NATO Türkiyənin geosiyasi çəkisinin və potensialının, eləcə də hərbi-siyasi tərkibinin mühüm hissəsini təşkil edib. Türkiyə NATO-ya üzvlüklə bir şey və NATO olmadan başqa bir şeydir.

İndi praktikada NATO-nun transformasiyasının mümkün perspektivi ortaya çıxıb, çünki Tramp administrasiyasının beynəlxalq təhlükəsizlik arxitekturası ilə bağlı ideyaları transatlantizmin strukturunu və münasibətlərini yenidən nəzərdən keçirə bilər ki, Türkiyə də bu baxımdan narahatdır.

Bu mənada Ankara yaxın gələcəkdə NATO-nun əsas “apoloqları”ndan birinə, NATO müdafiəsində pionerə çevrilə bilər. Bu mənada Ərdoğanın Ər-Riyadda Rusiya-ABŞ danışıqları fonunda NATO-nun Baş katibi ilə telefon danışığı olduqca əhəmiyyətli idi.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   NATO   Ərdoğan  


Bizi "telegram"da izləyin