Peskovun sözlərinə görə, Rusiya-ABŞ danışıqları zamanı Rusiyanın İranla münasibətləri heç bir şəkildə dəyişməyəcək. Məlum olduğu kimi, Rusiya-İran münasibətləri 2025-ci il yanvarın 14-dən etibarən imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi səviyyəsinə qaldırılıb. Müqavilə hələlik hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunmayıb, lakin istiqamət, əhatə dairəsi və dərinlik müəyyən edilib.
Peskovun Trampla Putinin İranın nüvə proqramı məsələsini müzakirə etdiyi və Moskvanın bunun diplomatik yolla həllinə töhfə verməyə hazır olduğu barədə bəyanatı bəlkə də ondan xəbər verir ki, İran, əlbəttə, de-fakto Rusiyanın nüvə “çətiri” altına salına bilər, çünki Rusiya-İran müqaviləsində nüvə komponentinə birbaşa toxunuş yoxdur. Eyni zamanda, ABŞ İsrailə 900 kiloqramdan artıq çəkiyə malik, yerin dərinliklərinə nüfuz edə bilən, başqa sözlə, İranın nüvə obyektlərini təhdid edə biləcək ağır bombalar verirsə, praktiki olaraq başqa variant yoxdur.
Əlbəttə, bunların nə dərəcədə dərin və qorunduğunu birmənalı şəkildə söyləmək çətindir, lakin İsrailin bu ağır bombalarla təmin edilməsi, şübhəsiz ki, çox şeydən xəbər verən bir hərəkətdir. Bu halda İran ya müdafiəsiz qalır, ya da bəlkə də müdafiə üçün bir variant qalır: nüvə qalxanı. Tehranın böyük ehtimalla artıq nüvə silahına malik olduğu barədə danışmaq üçün demək olar bütün əlamətlər var, lakin silaha sahib olmaq bir şeydir, ondan səmərəli istifadə etmək üçün texnologiyaya sahib olmaq başqa bir şeydir.
Burada böyük ehtimalla Tehran Rusiyanın nüvə qalxanı altına düşəcək ki, bu da bəlkə də Rusiya-ABŞ müzakirələrinin mövzusuna çevrilir. Bunun kontekstində də Vaşinqton bəlkə də öz növbəsində balansın saxlanılması üçün İsrailə ağır bombalar ayırmaq qərarına gəlib.
Firuz Bağırov
Ordu.az