Kaya Kallas sabah ABŞ-yə gedəcək

2025/02/1739593772.jpg
Oxunub: 388     11:42     24 Fevral 2025    
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ dövlət katibi Marko Rubio ilə görüşmək üçün fevralın 25-də Vaşinqtona səfər edəcək.

Ordu.az xəbər verir ki, o, bunu Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşünə gələrkən bildirib.

"Mən Marko Rubio ilə danışıqlar aparmaq üçün sabah ABŞ-yə gedəcəyəm", – Kallas qeyd edib.

Bu, onun Tramp administrasiyasında yüksək səviyyəli ABŞ diplomatı ilə ilk görüşü olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kaya-Kallas   ABŞ  


Bizi "telegram"da izləyin