Peruda ticarət mərkəzinin damı uçub: 8 ölü, 80 yaralı

2025/02/1740370833.jpg
Oxunub: 348     09:07     24 Fevral 2025    
Peruda ticarət mərkəzində damın uçması fəlakətə səbəb olub.

Ordu.az xəbər verir ki, ilkin məlumata görə, faciə nəticəsində 8 nəfər həlak olub, 80 nəfər isə yaralanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Perunun Trujillo şəhərində baş vermiş hadisə zamanı həlak olanlar arasında 3 uşaq da olub.

Hadisədən sonra bütün axtarış-xilasetmə işləri aparılır. Ölənlərin sayının arta biləcəyi ehtimal olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peru   Faciə  


Bizi "telegram"da izləyin