İsrail ordusu Qəzza sərhədində qoşunların döyüş hazırlığını artırıb

2025/02/1740370636.jpg
Oxunub: 369     02:59     24 Fevral 2025    
İsrail ordusu Qəzza zolağı ilə sərhəd yaxınlığında yerləşdirilən qoşunların döyüş hazırlığı səviyyəsini artırıb.

Ordu.az xəbər verir ki, bu haqda ordunun mətbuat xidməti məlumat verib.

"Vəziyyəti qiymətləndirdikdən sonra Qəzza zolağının ətrafındakı ərazidə əməliyyat hazırlığının artırılması barədə qərar qəbul edilib", - ordunun mətbuat xidmətinin bəyanatında deyilir.

Bu addımın hansı səbəbdən atıldığı ilə bağlı isə hər hansı bir açıqlama verilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin