Zelenski NATO-ya üzvlük müqabilində vəzifəsini tərk etməyə hazır olduğunu bildirib

2025/02/1740324775.jpg
Oxunub: 529     00:30     24 Fevral 2025    
Ukrayna prezidenti Volodimir Zelenski NATO-ya üzvlük müqabilində vəzifəsini tərk etməyə hazır olduğunu bildirib.

Ordu.az xəbər verir ki, Zelenski sülh üçün lazım gələrsə, vəzifəsini tərk edə biləcəyini, lakin ölkəsinin ABŞ prezident Donald Trampın müdafiə etdiyi məbləğdə borcu olmadığını deyib.

Təşkil etdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Zelenski belə bir fürsət olacağı təqdirdə NATO-ya üzvlük müqabilində prezident postundan istefa verməyə hazır olduğunu bildirib.

O həmçinin sülh danışıqlarında Ukrayna ilə yanaşı ABŞ, Rusiya və Avropa ölkələrinin də iştirak etməli olduğunu deyib.

Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   NATO  


Bizi "telegram"da izləyin