Fransada naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib, ölən və yaralananlar var

2025/02/1740286320.jpg
Oxunub: 385     23:11     22 Fevral 2025    
Fransanın Mulyuz şəhərində bıçaqla silahlanan şəxs yoldan keçənlərə hücum edib.

Ordu.az xəbər verir ki, “BFMTV” kanalının prokurorluğa istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Hücum günorta saatlarında yarmarka yaxınlığında baş verib.

İlkin məlumata görə, zərərçəkənlər bələdiyyə işçiləridir.

Telekanalın məlumatına görə, şübhəli şəxs saxlanılıb.

Prokurorluq onun "terrorizmin qarşısının alınması" səyləri çərçivəsində hüquq-mühafizə orqanlarının qeydiyyatında olduğunu bildirib.

Fransa Prezidenti Emmanuel Makron hadisəni terror aktı adlandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Hücum  


Bizi "telegram"da izləyin