Ordu.az xəbər verir ki, bu barədə “European Pravda” məlumat yayıb.
Ukrayna Müdafiə Nazirliyinin Tədarük Siyasəti İdarəsinin direktoru Hlib Kaniyevski qeyd edib ki, düşmən üzərində texnoloji üstünlük əldə etmək 2025-ci il üçün əsas prioritet olaraq qalır.
“Keçən ilin əsas maliyyə resursları uzun mənzilli dərin hücum sistemlərinin əldə edilməsinə yönəldildiyi halda, bu il fiber-optik modellər də daxil olmaqla, FPV tipli PUA-lar üçün 44 milyard UAH-dan çox vəsait ayrılıb”, - deyə o bildirib.
Müdafiə Nazirliyi yerli texnologiyaların inkişafı və maddi-texniki təminatın yaxşılaşdırılması üçün istehsalçılarla müntəzəm dialoqun əsas olduğunu vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az