Makron Fransanın hərbi xərclərini ÜDM-in 5%-nə çatdırmağı planlaşdırır

2025/02/1740221831.jpg
Oxunub: 477     14:56     22 Fevral 2025    
Fransa prezidenti Emmanuel Makron Fransanın hərbi xərclərini Ümumi Daxili Məhsulun (ÜDM) 5%-nə çatdırmağı planlaşdırır

Ordu.az xəbər verir ki, bu barədə “Franceinfo” məlumat yayıb.

Bu ehtimal ABŞ-nin Avropanı daha müdafiə etməmək qərarına gəlməsi halında Fransa prezidenti tərəfindən araşdırılır.

Makron Yelisey sarayına toplaşan partiyaların önündə Fransanın hərbi xərclərini ÜDM-in 2,1%-dən 5%-nə qədər artırmaq ideyasını irəli sürüb.

“France Inter”in məlumatına görə, bu ehtimal ABŞ-nin Avropanı NATO vasitəsilə müdafiə etməmək qərarına gəlməsi halında araşdırılır.

Sosial şəbəkələrdə internet istifadəçilərinin Ukrayna ilə bağlı suallarını cavablandıran prezident məsələni yenidən gündəmə gətirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Fransa  


Bizi "telegram"da izləyin