Ordu.az xəbər verir ki, ROKETSAN tərəfindən hazırlanan MİDLAS TCG “İstanbul” freqatı ilə birlikdə istifadəyə verilib.
İkinci MİDLAS-ın HHM raketləri ilə yanaşı müxtəlif növ sursatları da buraxa biləcəyini deyib.
“MİDLAS ən vacib platformalarımızdan biridir. Bu yaxınlarda MİDLAS ilə “Hisar” HHM raketini buraxdıq. Amma bizim əsas məqsədimiz MİDLAS vasitəsilə gəmidə həqiqətən istifadə oluna biləcək qanadlı raketləri, HHM raketlərini və digər hücum raketlərinin hamısını inteqrasiya etmək, gəmilərimizin əslində vura biləcəyi sursat çeşidini artırmaqdır. Hesab edirik ki, bu, gəmilərimizin həm HHM-ni, həm də hücum imkanlarını çox yüksək səviyyəyə qaldıracaq”, - deyə ROKETSAN baş direktoru qeyd edib.
MİDLAS-a inteqrasiya olunacaq raketlər arasında “Atmaca” və “Çakır” raketlərinin də olduğunu ifadə edən İkinci mövcud göyərtə buraxılış qurğularının tamamilə MİDLAS-a ötürülməsi ilə daha təsirli və yerdən qənaət təmin edən bir sistemin yaradılacağını vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az