İsrailin yeni nəsil korvetləri: “Reshef” sinfinə məxsus gəmilərin istehsalı başlayıb

2025/02/1740212029.jpg
Oxunub: 533     18:23     24 Fevral 2025    
İsrailin yeni “Reshef” sinfinə məxsus korvetlərindən ilkinin təməli 2025-ci il fevralın 18-də keçirilən ənənəvi mərasimlə qoyulub.

Ordu.az xəbər verir ki, 5 gəmidən ibarət olan bu yeni sinif 40 ildir İsrail Hərbi Dəniz Qüvvələrində (HDQ) xidmət edən “Saar 4.5” sinfinə məxsus “Nirit” gəmilərini əvəz edəcək.

İsrail Müdafiə Nazirliyi 2024-cü il dekabrın 12-də “Israel Shipyards” ilə 5 gəminin inşası üçün 2,8 milyard NIS (təxminən 780 milyon ABŞ dolları) dəyərində müqavilə imzalayıb.

Razılaşma çərçivəsində “Israel Shipyards” İsrail HDQ-yə 5 ədəd “Reshef” sinfinə məxsus çoxməqsədli gəmi təhvil verəcək.

Gəmilər İsrail HDQ ilə əməkdaşlıq çərçivəsində inkişaf etdirilir, ölkənin müdafiə sənayesinin ən innovativ silah sistemləri və texnologiyalarını ehtiva edəcək şəkildə dizayn edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Reshef  


Bizi "telegram"da izləyin