“Arı Savunma” anons verən PUA üçün prototip istehsalını tamamlayıb - VİDEO
Oxunub: 371
12:03
24 Fevral 2025
2016-cı ildə müdafiə və mülki aviasiya sahələrində fəaliyyət göstərmək üçün qurulan “Arı Savunma” şirkəti həm hərbi, həm də mülki məqsədlər üçün Pilotsuz Uçuş Aparatları (PUA) istehsal edir və müxtəlif təyinatlı PUA-ların inkişafı istiqamətində işlərini davam etdirir.
Ordu.az xəbər verir ki, bu çərçivədə şirkət anons verən PUA üçün prototip istehsalını tamamlayıb.
Bu inkişafla bağlı sosial media hesabında edilən paylaşımda qeyd edilib:
“Bir çox sahədə istifadə oluna bilən anons verən PUA üçün prototip istehsalını tamamladıq. Yanğın zamanı hündürmərtəbəli binalarda, dənizdə tərs dalğaya tutulmuş bir üzgüçüyə, ictimaiyyətə anons vermək və bir çox başqa məqsədlər üçün istifadə oluna bilər”.
PUA tam kompozit gövdəyə malikdir və 40 dəqiqə fasiləsiz uça bilir. O, həmçinin 150 metrə qədər güclü səs ötürə bilir.