Ordu.az xəbər verir ki, şirkət bu layihələr üçün “Delair” və “EOS Technology” kimi Pilotsuz Uçuş Aparatı (PUA) istehsalçıları ilə əməkdaşlıq edib, 5 km-dən 50 km-ə qədər mənzilə malik döyüş sursatları üzərində işləyib.
Bu kontekstdə inkişaf etdirilən “Oskar” MTO-su ötən ilin oktyabr ayında Fransa Baş Müdafiə İdarəsi (DGA) tərəfindən uğurla sınaqdan keçirilib.
25 km mənzilə malik “Oskar” MTO-sunun indiyə qədər 100-dən çox ədədi Ukrayna ordusuna təhvil verilib.
Bundan əlavə, “KNDS France” və “EOS Technology” TRAAK şirkətinin geolokasiya təcrübəsi ilə hazırlanmış yeni MTO modeli üzərində işləyir.
“Veloce 330” PUA platforması əsasında hazırlanmış bu sursat 400 km/saat sürətə çata bilir və 80 km mənzilə malikdir.
Sevinc Əliyeva
Ordu.az