Ordu.az xəbər verir ki, bu barədə “Defense News” məlumat yayıb.
“General Atomics Aeronautical Systems” şirkətinin rəhbəri Deyv Aleksandr “Defense News”a verdiyi açıqlamada deyib:
“Biz hələ çox ilkin mərhələdəyik, lakin Səudiyyə Ərəbistanından MQ-9B-yə böyük maraq olduğu üçün bunu yaxından izləyirik. Bu satışı başa çatdırsaq, ABŞ-də on minlərlə iş yeri yarada biləcək əhəmiyyətli tələbatın (bu PUA-lar üçün-red) olacağını gözləyirik”.
Deyv Aleksandr təfərrüatlardan çəkinib, Səudiyyə Ərəbistanı hələ heç bir öhdəlik götürməyib.
Şirkət sövdələşməyə başqa nələrin daxil ediləcəyi ilə bağlı təfərrüatları açıqlamaqdan imtina edib.
Sevinc Əliyeva
Ordu.az