Hindistan 2025-ci ildə döyüş təyyarələrinin alınması üçün 20 milyard dollar büdcə ayırıb

2025/02/1740118508.jpg
Oxunub: 613     17:00     24 Fevral 2025    
Dünyanın ən çox silah alıcılarından biri olan Hindistan 2025-ci ildə 114 yeni döyüş təyyarəsi almaq üçün tender keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Hindistan hökumətindəki iki yüksək dərəcəli mənbəyə istinadən məlumat yayıb.

“Reuters”in məqaləsində ABŞ prezidenti Donald Trampın Hindistanın Baş naziri Narendra Modini S-400 hava hücumundan müdafiə sisteminə malik olmasına baxmayaraq, ABŞ-nin Hindistana F-35 satmağa hazır olması barədə məlumatlandırmasının səbəbi izah edilir.

Bir neçə ildir müzakirə olunan proqram Çin və Pakistan silahlarının təzyiqi altında olan Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) imkanlarını gücləndirmək üçün zəruri hesab edilir.

Hindistan Çinin hava imkanlarını əhəmiyyətli dərəcədə artırdığını düşünərkən, Pakistan da aviasiya sektorunda Çinlə əməkdaşlıq edir.

Bundan əlavə, Hindistan HHQ-nin planında 42 eskadrilyadan ibarət döyüş təyyarəsi qüvvəsi qeyd edilərkən, hazırda ölkədə 31 eskadrilya var.

“Reuters” agentliyinin məlumatına görə, tender açıq olacaq, potensial dəyəri 20 milyard dollardan çox olacaq və dünyanın bütün əsas aviasiya sənayelərini cəlb edəcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   F-35   Silah  


Bizi "telegram"da izləyin