“Cemre Tersanesi” gəmiqayırma və ixracatda gücünü artırır

2025/02/1740118302.jpg
Oxunub: 496     16:20     24 Fevral 2025    
Türkiyənin ən böyük gəmiqayırma şirkətlərindən biri olan “Cemre Tersanesi” gəmiqayırma sektorunda innovativ layihələri və güclü ixrac potensialı ilə seçilir.

Ordu.az xəbər verir ki, “Cemre Tersanesi” 1996-cı ildə “Cemre Mühendislik Gemi İnş. San. ve Tic. Ltd. Şti.” olaraq texniki qulluq, təmir və rəngləmə işlərini həyata keçirmək üçün yaradılıb.

2005-ci ildə Norveçin “Havyard Group ASA” şirkəti ilə müqavilə imzalayaraq gəmi istehsalına başlayan şirkət ilk fəaliyyətini “Pendik” Hərbi Gəmiqayırma Zavodunda həyata keçirib.

Daha sonra Altınova, Yalovadakı öz gəmiqayırma zavodunda istehsal və ixracatını davam etdirib.

Altınovada 175.000 kvadratmetr sahədə fəaliyyət göstərən “Cemre Tersanesi”nin ümumilikdə 50.000 kvadrat metr qapalı istehsal sahəsi var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cemre-Tersanesi   Türkiyə  


Bizi "telegram"da izləyin