Ordu.az xəbər verir ki, 62 metr uzunluğundakı dəniz platforması qabaqcıl müdafiə imkanları və müasir texnologiyalarla, o cümlədən ən müasir naviqasiya və müşahidə sistemləri, suüstü və hava təhdidlərinə qarşı inteqrasiya olunmuş müdafiə sistemləri, hərtərəfli radioelektron mübarizə imkanları, avtomatik idarəetmə sistemləri və yeni nəsil ağıllı silahlarla təchiz edilib.
Məlumata görə, bu imkanlar sayəsində müxtəlif dəniz mühitlərində müxtəlif təhlükələrə qarşı platformanın əməliyyat hazırlığı və çevikliyi artırılıb.
Şeyx Həzzə bin Zayed Əl Nəhyan “Al Taf” raket katerinin yüksək əməliyyat səmərəliliyi və qabaqcıl texnologiyaları sayəsində BƏƏ Silahlı Qüvvələrinin dəniz müdafiə qabiliyyətinə verdiyi strateji töhfəni vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az