Ordu.az xəbər verir ki, Braziliya hökuməti ölkənin müdafiə texnologiyası və sənaye infrastrukturunu gücləndirmək və yerli tədqiqat, inkişaf və innovasiya fəaliyyətlərini dəstəkləmək üçün nəzərdə tutulmuş təşəbbüsü rəsmən təsdiqləyib.
“Janes”in verdiyi xəbərə görə, paket çərçivəsində müdafiə sənayesini 2026-cı ilə qədər dəstəkləməyi hədəfləyən “New Industry Brazil” fəaliyyət proqramına ümumilikdə 112,9 milyard Braziliya realı (19,5 milyard ABŞ dolları) ayrılacaq.
Sözügedən fəaliyyət proqramının “Missiya 6” başlığı, “milli suverenlik və müdafiə” texnologiyalarını əhatə edir.
2024-cü ilin yanvarında başladılan “New Industry Brazil” layihəsi milli inkişafı sürətləndirməyi hədəfləyir. Bu çərçivədə Braziliya hökuməti ümumilikdə 79,8 milyard Braziliya realı büdcəsini təmin edəcək.
Sevinc Əliyeva
Ordu.az