Tayvan ABŞ-dən milyardlarla dollar dəyərində silah almağı planlaşdırır

2025/02/1740041609.jpg
Oxunub: 427     14:28     25 Fevral 2025    
Çinin adaya hərbi təzyiqlərini davam etdirdiyi bir vaxtda Tayvan administrasiyası ABŞ-dən milyardlarla dollar dəyərində silah almağı planlaşdırır.

Ordu.az xəbər verir ki, Tayvan administrasiyasının Vaşinqtonla danışıqlarının təfərrüatları məsələdən xəbərdar olan mənbələr tərəfindən paylaşılıb.

Tayvan administrasiyası administrasiyanın müdafiə qabiliyyətini artırmaq üçün ABŞ ilə danışıqlarda böyük silah tədarükünə hazırlaşır. Mənbə bildirib ki, təchizata sahil mühafizə raket sistemləri və HIMARS raketləri daxildir.

Bu tədarükün təxminən 7-10 milyard dollar dəyərində qiymətləndirilməsi gözlənilir. “Reuters”ə danışan başqa bir mənbə isə qeyd edib: “8 milyard dollardan az olsa, çox təəccüblənərəm. Bu, 7-10 milyard dollar arasında bir şey olacaq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   ABŞ  


Bizi "telegram"da izləyin