ABŞ və İsrail "Hizbullah"ın tərksilah olunmasını istəyir

2025/02/1739715631.jpg
Oxunub: 529     17:11     16 Fevral 2025    
ABŞ və İsrail Livanın Hizbullah Hərəkatının tərksilah edilməsini zəruri sayır.

Ordu.az-ın xəbərinə görə, belə bəyanatla bu gün İsrail Baş naziri Binyamin Netanyahu və ABŞ dövlət katibi Marko Rubio çıxış ediblər.

Binyamin Netanyahu deyib ki, Hizbullahın tərksilah edilməsini Livan Ordusu həyata keçirməlidir.

Marko Rubio da bildirib ki, İsrail və ABŞ-ın məqsədləri üst-üstə düşür: “Güclü Livan dövləti Hizbullaha qarşı durmağa və onu tərksilah etməyə qadir olacaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin