Konqo DR Ordusu Bukavu şəhərinə nəzarəti bərpa edib

2025/02/1739708167.jpg
Oxunub: 513     15:41     16 Fevral 2025    
Konqo Ordusu daha əvvəl M23 hərəkatının üsyançılarının ələ keçirdiyi Şərqi Kivu əyalətinin inzibati mərkəzində növbəti dəfə nəzarəti təmin edib.

Ordu.az xəbər verir ki, bu barədə Konqo Demokratik Respublikası Prezidentinin Ofisi Feliks Tşisekedi "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“M23 terrorçularının qısa müddətə zəbt etdiyi Bukavu şəhəri Konqo ordusu və igid (özünümüdafiə dəstələri – red.) “Vazalendo”nun nəzarətindədir”, - məlumatda bildirilib.

"Konqolu Actualite" portalı qeyd edir ki, bir neçə bölgəsində xaos müşahidə olunan Bukavuda vəziyyət gərgin olaraq qalır. Hazırda bəzi yerlərdə atəş səsləri eşidilir və talanlar davam edir.

Xatırladaq ki, yanvarın sonunda Şimali Kivu əyalətinin paytaxtı Qoma şəhəri tutulmuşdu.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Konqo   Bukavu  


Bizi "telegram"da izləyin