İsrail və HƏMAS altıncı əsir mübadiləsini həyata keçirib

2025/02/1739694171.jpg
Oxunub: 614     12:10     16 Fevral 2025    
İsrail həbsxanalarında saxlanılan 369 fələstinli Qəzza zolağında saxlanılan 3 israillinin müqabilində sərbəst buraxılıb.

Ordu.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, işğal altındakı İordan çayının qərb sahilində azad edilmiş dörd fələstinlinin vəziyyəti ağırdır. Onlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, ötən gün Fələstinin HƏMAS hərəkatının Qəzza zolağında saxladığı üç girov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarına təhvil verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS  


Bizi "telegram"da izləyin