İsrail Ordusu İordan çayının qərb sahilindəki əməliyyatda 65 terrorçunun öldürüldüyünü açıqlayıb

2024/08/1724386913.jpg
Oxunub: 537     11:19     16 Fevral 2025    
İsrail Ordusu İordan çayının qərb sahilində yanvarın sonunda başlayan antiterror əməliyyatı nəticəsində 65 terrorçunun məhv edildiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında qeyd olunub.

Məlumata görə, İsrail təhlükəsizlik qüvvələri tərəfindən onların istifadə etdikləri silah və hərbi texnika da müsadirə edilib. Ordunun mətbuat xidməti bildirib ki, qüvvələr terror fəaliyyətinin qarşısını almaq və mülki sakinlərin təhlükəsizliyini təmin etmək üçün yorulmadan işləməyə davam edəcək.

Hərbçilər həmçinin bildiriblər ki, əsir mübadiləsinin növbəti mərhələsinə hazırlaşır. Qoşunlar yüksək hazırlıq vəziyyətindədirlər, müdafiələrini gücləndirirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail-Ordusu   Terrorçu  


Bizi "telegram"da izləyin