Britaniyanın Baş naziri Parisdə Avropa İttifaqı liderlərinin görüşündə iştirak edəcək

2025/02/1739686566.jpg
Oxunub: 626     10:14     16 Fevral 2025    
Böyük Britaniyanın Baş naziri Kir Starmer bazar ertəsi Parisdə Avropa İttifaqı liderlərinin toplantısında iştirak etmək niyyətindədir.

Ordu.az-ın məlumatına görə, bu barədə "The Telegraph" qəzeti xəbər verib.

"ABŞ Avropa İttifaqı “ideyalar” irəli sürməyə, yəni onları Ukrayna ilə bağlı sülh planları üzrə danışıqlarda iştirakdan kənarlaşdırmağa çağırdıqdan sonra Kir Starmer bazar ertəsi Avropa İttifaqı liderləri ilə fövqəladə sammitdə iştirak etməyə hazırlaşır", - deyə nəşr bildirib.

Prezidentlər Donald Tramp və Vladimir Putin Ukrayna böhranını həll yollarını axtarmağına qərar verdiklərindən sonra K.Starmer "Avropa və ABŞ arasında körpü olmağa ümid edir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya    


Bizi "telegram"da izləyin