Kallas Aİ xarici işlər nazirlərinin iclasını çağırıb

2025/02/1739678480.jpg
Oxunub: 600     07:24     16 Fevral 2025    
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas ABŞ və Ukrayna hakimiyyəti ilə son görüşləri müzakirə etmək üçün fevralın 16-da Aİ xarici işlər nazirlərinin iclasını çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Ənvər əl-Anuni məlumat verib.

"Aİ-nin Ali Nümayəndəsi Kaya Kallas ABŞ və Ukrayna rəsmiləri ilə son təmasları yekunlaşdırmaq üçün bazar günü Münhendə Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünü çağıracaq. Biz Ukrayna və Avropanın gələcəyi üçün kritik bir məqamdayıq. Avropa Ukraynanın yanındadır", - o “X”-də yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kallas    


Bizi "telegram"da izləyin