ABŞ dövlət katibi Rubio Qəzza danışıqları üçün İsrailə gəlib

2025/01/1737554138.jpg
Oxunub: 756     06:38     16 Fevral 2025    
ABŞ dövlət katibi Marko Rubio İsraillə HƏMAS arasında məhbus mübadiləsi sazişinin ikinci mərhələsi və atəşkəs danışıqlarının bərpası üçün beynəlxalq təzyiqlərin artması fonunda rəsmi danışıqlar üçün İsrailə gəlib.

Ordu.az xəbər verir ki, İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə Rubio fevralın 15-i axşam Təl-Əvivə gəlib və burada onu İsrailin xarici işlər naziri Gideon Saar qarşılayıb.

Qeyd edək ki, bu, yanvarın 21-də vəzifəyə başlayan Rubionun İsrailə və Yaxın Şərqə ilk səfəridir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail  


Bizi "telegram"da izləyin