İran XİN: ABŞ-dən deportasiya olunan vətəndaşlar ölkəyə qayıda bilərlər

2025/02/1739615193.jpg
Oxunub: 384     14:05     15 Fevral 2025    
İran bütün iranlıların vətənidir, həmvətənlərimiz sərbəst şəkildə öz ölkəsinə qayıda, səyahət edə bilərlər.

Ordu.az İRNA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bakai ABŞ-dən iranəsilli mühacirlərin deportasiya olunmasını şərh edərkən deyib.

O, ABŞ-də mühacirlərə, o cümlədən bəzi İran vətəndaşlarına qarşı yersiz və alçaldıcı rəftarını pisləyərək, bunu “əsassız, insan hüquqları standartlarına zidd” adlandırıb.

İsmayıl Bakai vurğulayıb ki, İranın Xarici İşlər Nazirliyi öz qanuni öhdəliklərinə əsaslanaraq ölkə vətəndaşlarının hüquqlarını qorumaq üçün onlara verilən bütün göstərişləri yerinə yetirəcək.

Qeyd edək ki, ABŞ-dən 2 min 618 iranlı deportasiya olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin