Ordu.az xəbər verir ki, şirkətin şəxsi heyəti üçün kollektiv müqavilə imzalanıb.
Aviasiya nəhəngi “Baykar” İtaliyada yerləşən aviasiya şirkəti “Piaggio Aerospace”i satın almaq üçün rəsmi prosedurları bir-bir tamamlayır.
Son olaraq “Baykar” İdarə Heyətinin sədri, texnologiya lideri Selçuk Bayraktar və “Baykar” baş direktoru Haluk Bayraktar İtaliyanın Genuya şəhərindəki “Piaggio Aerospace” obyektlərinə gedərək, milli və regional nümayəndələrlə görüşüblər.
Kollektiv müqavilə İtaliyanın müəssisələr və “Made in Italy” naziri Adolfo Urso və əyalət rəhbəri Marko Buççi ilə keçirilən görüşdə uğurla imzalanıb.
Digər tərəfdən nazir Urso və “Baykar” rəsmiləri “Piaggio Aerspace”in mülki aviasiya sahəsindəki layihələri haqqında da fikir mübadiləsi aparıblar.
Sevinc Əliyeva
Ordu.az