Ordu.az xəbər verir ki, Türkiyə müdafiə sənayesinin qlobal oyunçularından biri olan “CANiK” və ona bağlı SYS Qrup şirkətləri dünyanın ən böyük sənaye toplantılarından biri olan, Birləşmiş Ərəb Əmirliklərində keçirilən IDEX 2025 sərgisində iştirak edərək, beynəlxalq platformada effektivliklərini artıracaqlar.
İki ildən bir keçirilən və müdafiə sənayesində ən son texnologiyaların nümayiş olunduğu sərgidə bu il 65 ölkədən 1400-dən çox beynəlxalq şirkət, sənaye nümayəndələri və hərbi rəsmilər iştirak edəcək.
2025-ci il fevralın 17-21-də Əbu-Dabidə keçiriləcək sərgidə “CANiK” və Qrup şirkətləri innovativ məhsullarını qlobal müdafiə sektoruna təqdim edəcəklər. Qrup şirkətləri dünyanın hər yerindən olan iştirakçılara yüksək texnologiyalı və yüksək əlavə dəyərli həllər təqdim edəcəklər.
IDEX 2025 sərgisində “CANiK”nin qabaqcıllarından biri olduğu və dünyada yalnız 3 şirkətin istehsal edə bildiyi 30x113 mm orta çaplı top sisteminin qlobal genişlənməsi ön planda olacaq.
Bazarda bu imkana yalnız ABŞ, Fransa və SYS sayəsində Böyük Britaniya/Türkiyə malikdir.
Sevinc Əliyeva
Ordu.az