“KNDS France” Müdafiə Nazirliyindən “Leclerc Évolution” tankı üçün dəstək istəyir

2025/02/1739604257.jpg
Oxunub: 460     10:32     17 Fevral 2025    
Fransa-Almaniya birgə müdafiə sənayesi şirkəti “KNDS France” Fransa Müdafiə Nazirliyindən “Leclerc” tankının modernləşdirilmiş versiyası olan “Leclerc Évolution”ın hazırlanması və ixracı üçün dəstək istəyib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Şirkət iddia edir ki, Fransa ordusu “Leopard 3” tankına alternativ olaraq “Leclerc Évolution”a sərmayə qoymalıdır.

Almaniya “Leopard 2”ni əvəz etmək üçün yeni “Leopard 3” tankı üzərində işləri sürətləndirərkən, Fransanın inventarında cəmi 200 modernləşdirilmiş “Leclerc” tankı var.

“Leopard 3”ün hazırlanması Fransa və Almaniyanın birgə həyata keçirdiyi Əsas Quru Mübarizə Sistemi (MGCS) layihəsinin müvəqqəti həlli kimi nəzərdən keçirilsə də, “KNDS France” bu vəziyyətin Fransanın quru döyüş imkanlarını zəiflədə biləcəyini bildirir.

Şirkət rəsmiləri vurğulayırlar ki, “Leclerc Évolution” müasir döyüş şəraitinə uyğun olaraq hazırlanıb və “Leopard 3” ilə rəqabət apara bilər. Bununla belə, tankın ixrac potensialının qiymətləndirilməsi üçün Fransa hökumətinin dəstək verməsinin lazım olduğu bildirilir.

“KNDS France” Müdafiə Nazirliyindən həm inkişaf prosesində, həm də beynəlxalq bazarlara çıxışda həvəsləndirici addımlar atmağı xahiş edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KNDS   France   Leclerc-Évolution  


Bizi "telegram"da izləyin