Almaniyanın “Helsing” şirkəti Ukraynaya 6000 ədəd SZ dəstəkli PUA tədarük edəcək

2025/02/thumb-1739603803.jpg
Oxunub: 399     12:15     17 Fevral 2025    
Almaniyanın cənubunda yerləşən müdafiə texnologiyaları şirkəti “Helsing”in Ukrayna üçün 6 min ədəd Süni Zəka (SZ) dəstəkli HX-2 Pilotsuz Uçuş Aparatı (PUA) tədarük edəcəyi bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə “Helsing” şirkətinin verdiyi açıqlamada qeyd edilib.

Açıqlamada Ukrayna üçün 6 min ədəd qabaqcıl HX-2 kamikadze PUA-sı istehsal ediləcəyi bildirilib.

Vurğulanıb ki, yeni inkişaf etdirilən HX-2 100 kilometr mənzilə, 12 kiloqram faydalı yük qabiliyyətinə və saatda 220 kilometrə qədər sürətə malikdir.

Sistemin SZ imkanlarının PUA-nın radioelektron mübarizəyə qarşı mübarizə tədbirlərinə və çətin hava şəraitinə baxmayaraq, səmərəli fəaliyyət göstərməsinə imkan verdiyi bildirilib.

Şirkət Ukraynanın PUA imkanlarını əhəmiyyətli dərəcədə təkmilləşdirərək, bütün çatdırılmanı 2025-ci ilə qədər başa çatdırmağı gözləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Helsing   Ukrayna  


Bizi "telegram"da izləyin