Rusiya regionları üzərində gecə ərzində 40 PUA vurulub

2025/02/1739597742.jpg
Oxunub: 401     09:18     15 Fevral 2025    
Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri gecə ərzində 40 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin teleqram kanalında məlumat yayılıb.

Məlumata görə, PUA-ların 17-si Volqoqrad, 12-si Kaluqa, 9-u Rostov və 2-si Saratov vilayəti üzərində vurulub.

Qeyd edək ki, son vaxtlar Rusiyanın enerji infrastrukturu obyektləri getdikcə daha çox PUA-ların hədəfinə çevrilir. Dekabrın əvvəlində Bryansk şəhərindəki neft bazası dronların hücumuna məruz qalıb, bundan sonra obyektdə böyük yanğın baş verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   PUA  


Bizi "telegram"da izləyin