T625 “Gökbey” helikopteri sərt qış sınaqlarında müvəffəqiyyətini sübut edib

2025/02/1739596329.jpg
Oxunub: 386     09:51     15 Fevral 2025    
Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən inkişaf etdirilən və ölkənin aviasiya sahəsində müstəqilliyini möhkəmləndirən T625 “Gökbey” ümumi məqsədli helikopteri sərt qış şəraitində alçaq hündürlükdə soyuq hava sınaqlarını uğurla başa vurub.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, mülki və hərbi sertifikatlaşdırma proseslərinin ən mühüm mərhələlərindən biri olan soyuq hava sınaqları İsveçin Kiruna şəhərində həyata keçirilib.

2018-ci il sentyabrın 6-da ilk uçuşunu həyata keçirən və 2018-ci il dekabrın 12-də Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən “Gökbey” adlandırılan T625 “Gökbey” ümumi məqsədli helikopter layihəsində daha bir çətin dövr geridə qalıb.

Kütləvi istehsalı tamamlanan ilk 3 ədəd “Gökbey” helikopterinin təhvil verilməsinin ardından davam edən inkişaf etdirmə prosesi çərçivəsində mülki və hərbi sertifikatlaşdırma prosesi üçün lazım olan sınaqları yerinə yetirmək üçün T625 “Gökbey” İsveçə göndərilib.

Kiruna bölgəsində aşağı hündürlükdə soyuq hava sınaqları aparılıb. Bir ay davam edən sınaqlarda “Gökbey”in soyuq iqlim şəraitinə qarşı müqavimətinin sübut edilməsində mühüm mərhələ tamamlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   TUSAŞ   Gökbey  


Bizi "telegram"da izləyin