Ordu.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti çoxsaylı kəşfiyyat hesabatlarına istinadən məlumat yayıb.
Qəzet qeyd edib ki, Bayden administrasiyasının sonu və Tramp administrasiyasının başlanğıcı ilə bağlı çoxsaylı kəşfiyyat hesabatlarına görə, belə bir hücum İranın nüvə proqramını həftələrlə və ya aylarla geriyə atacaq, eyni zamanda, regionda gərginliyi artıracaq və daha geniş münaqişə riski yaradacaq.
“Reuters” xəbəri dərhal təsdiqləyə bilməyib. Ağ Ev şərh verməkdən imtina edib.
“The Post” yazır ki, İsrail hökuməti, Mərkəzi Kəşfiyyat İdarəsi, Müdafiə Kəşfiyyat Agentliyi və Milli Kəşfiyyat İdarəsi şərh verməkdən imtina edib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz “Post”a verdiyi açıqlamada deyib ki, Tramp İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək.
Sevinc Əliyeva
Ordu.az