Malidə nazirin kortejinə hücum zamanı 4 polis yaralanıb

2025/02/1739595375.jpg
Oxunub: 375     03:04     15 Fevral 2025    
Malinin cənubundakı Nyena şəhəri yaxınlığında ali təhsil naziri Burema Kansayenin olduğu kortejə silahlı hücum olub.

Ordu.az-ın məlumatına görə, bu barədə "Figaro" nəşri xəbər verib.

Məlumata əsasən, hücum nəticəsində 4 polis yaralanıb.

Nazir hücumdan salamat çıxıb. Mali hökuməti hücumu İŞİD-ə bağlı silahlı qruplaşmaların törətdiyini iddia edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malidə   Hücum   Nazir  


Bizi "telegram"da izləyin