“OpenAI” idarə heyəti şirkətin İlon Maska satışını rədd edib

2024/06/AP221-1718610286.jpg
Oxunub: 411     07:47     15 Fevral 2025    
“OpenAI” texnologiya korporasiyasının direktorlar şurası amerikalı iş adamı, milyarder İlon Maskın qeyri-kommersiya təşkilatını almaq təklifini rədd edib.

Ordu.az xəbər verir ki, bu barədə “OpenAI” məlumat yayıb.

Qeyd olunub ki, idarə heyəti Maskın rəqabətə zərbə vurmaq cəhdini yekdilliklə qəbul etməyib:

““OpenAI”nin hər hansı potensial yenidən təşkili qeyri-kommersiya müəssisəmizi və ümumi süni intellektin faydalarını bütün bəşəriyyətə çatdırmaq missiyasını gücləndirəcək”.

Daha əvvəl Maskın başçılıq etdiyi investorlar konsorsiumu “ChatGPT” çatbotunu yaradan şirkət “OpenAI”nin fəaliyyətinə nəzarət edən qeyri-kommersiya təşkilatını 97,4 milyard dollara almağa hazır olduğunu açıqlamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: OpenAI   Mask  


Bizi "telegram"da izləyin