Trampın xüsusi nümayəndəsi: Məhbus mübadiləsi Rusiya və ABŞ arasında etimadı gücləndirir

2025/02/1739594172.jpg
Oxunub: 354     06:48     15 Fevral 2025    
Amerikalı Mark Fogelin müqabilində rusiyalı Aleksandr Vinnikin azadlığa buraxılması Vaşinqtonla Moskva arasında etimadın artmasına səbəb olub.

Ordu.az-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff “Fox News” telekanalına açıqlamasında deyib.

“Bizim çox yaxşı kommunikasiya kanalımız var, o, çox etibarlı və son dərəcə faydalıdır. Düşünürəm ki, bu, Tramp administrasiyası ilə Rusiya prezidenti Vladimir Putin arasında etimadın güclənməsinə səbəb olub”, - o deyib.

ABŞ rəsmisi həmçinin təklif edib ki, baş verən mübadilə gələcəkdə, o cümlədən Ukrayna münaqişəsinin həllində böyük dividendlər gətirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin