Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yazıb.
Nəşr xatırladıb ki, Şolts əvvəllər yenidən seçilmək şansını 60% qiymətləndirib. Lakin reallıqda “Frankfurter Allgemeine Zeitung” qəzetinin dərc etdiyi sorğuya əsasən, Almaniyada seçicilərin 38%-i hələ də hansı partiyaya səs verəcəklərinə qərar verməyiblər.
Ancaq bundan asılı olmayaraq, Şoltsun yenidən kansler ola biləcəyi bir variant mövcuddur:
“Bu, bir neçə partiyanın iştirakı ilə seçki nəticələrinə görə koalisiyanın yaradılmasıdır. Belə ki, “Sara Vaqenknextin İttifaqı - Ağıl və Ədalət Naminə” və Sol Partiyası 5%-lik baryeri keçib Bundestaqa daxil olmasa, problem yaranacaq. Əgər keçsələr, belə bir hakim ittifaq heç bir halda fantaziya deyil”.
Bundestaqa növbədənkənar seçkilər fevralın 23-də keçiriləcək.
Ordu.az