Kreml: Rusiya və ABŞ arasında işgüzar əlaqələr yaxın günlərdə genişlənəcək

2025/02/1739461231.jpg
Oxunub: 452     19:34     13 Fevral 2025    
Ər-Riyad Putin və Tramp arasında mümkün görüş yeri kimi danışıqlarda qeyd edilib.

Ordu.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərin, hələlik bu (Putin-Tramp görüşünün harada keçiriləcəyi-red) barədə yekun qərar yoxdur.

Peskov qeyd edib ki, Rusiya ABŞ-ni Ukrayna üzrə danışıqlarda əsas vizavisi hesab edir.

Kremlin sözçüsü onu da bildirib ki, Rusiya və ABŞ arasında işgüzar əlaqələr yaxın günlərdə və həftələrdə genişləndiriləcək.

Peskov, Putin və Trampın dünən Zelenskinin hüquqi statusunu müzakirə etmədiklərini, Ukraynanın bu və ya digər şəkildə nizamlanma danışıqlarında mütləq iştirak edəcəyini, eyni zamanda ikitərəfli Rusiya-Amerika trekinin də olacağını söyləyib.

Kreml rəsmisi deyib ki, Putin və Trampın qarşılıqlı səfər dəvətlərindən nə vaxt yararlana biləcəklərini söyləmək hələ tezdir. Buna baxmayaraq, Putin mayın 9-da gəlmək qərarına gəlsələr, Tramp da daxil olmaqla, böyük ölkələrin liderlərini Moskvada qarşılamaqdan məmnun olacaq.

Peskov Putin və Trampın dünənki söhbəti zamanı heç bir şəkildə Avropa məsələlərini müzakirə etmədiklərini də əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin