Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər ABŞ və İsrailə məxsus obyektlərə zərbə endirəcəklər, bu, onların Qəzza zolağına hücum edəcəkləri təqdirdə baş verəcək.
Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu üsyançıların lideri Əbdül Məlik əl-Husi bildirib.
"Əgər amerikalılar və israillilər Trampın təhdidlərinə əsaslanaraq şənbə günü (15 fevral), bu tarixdən əvvəl və ya sonra Qəzza zolağına hücum etməyə qərar versələr, biz dərhal hərbi cavab verəcəyik", - əl-Husi qeyd edib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ABŞ
İsrail
Qəzza