Ordu.az TASS-a istinadən xəbər verir ki, bu hesablamaları “Agence France-Presse” aparıb.
Agentliyin məlumatına görə, Moskvadan 1000 km məsafədə yerləşən ölkələr müdafiəyə orta hesabla 0,6 faiz bəndi daha çox vəsait xərcləyir. Xərclər reytinqinə 2024-cü ildə ÜDM-in 4,12 %-ni xərcləyən Polşa başçılıq edir. Rusiya ilə həmsərhəd olan digər ölkələr: Estoniya (3,43 %), Latviya (3,15 %), Litva (2,85 %) və Finlandiya (2,41 %) növbəti pillələrdə qərarlaşıb.
Paytaxtı Moskvadan təxminən 3,5 min km məsafədə yerləşdiyi İspaniya müdafiəyə ÜDM-in cəmi 1,28 %-ni yönəldib.
Agentlik yazır ki, NATO ölkələri 2024-cü ildə müdafiəyə ümumilikdə 1,474 trilyon dollar ayırıb ki, bunun da təxminən üçdə bir hissəsi Avropa ölkələrinin payına düşür, ABŞ isə 968 milyard dollar yönəldib. 2014-cü ildən etibarən NATO-nun büdcəsi 30 % artıb.
Ordu.az