Putin və Tramp Qafqazla bağlı danışıqlar aparıb? – BAXIŞ BUCAĞI

2025/02/1739444742.jpg
Oxunub: 755     14:54     13 Fevral 2025    
Rusiya 2021-ci ildə narkotik alveri ittihamı ilə saxlanılan və həbs edilən amerikalı müəllim Mayk Vogeli azad edib. Vogelin azadlığa buraxılması təfərrüatları məlum olmayan ABŞ-Rusiya razılaşması sayəsində mümkün olub. Donald Tramp bu qərara görə Vladimir Putinə təşəkkür edib.

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun Vogelin azad edilməsi üçün Moskvaya getməsi diqqət çəkir. Bu hal o deməkdir ki, sadəcə xoş niyyət nümayişi deyil, kifayət qədər hərtərəfli müzakirə aparılıb. Əks halda, Yaxın Şərq üzrə xüsusi nümayəndənin Moskvaya getməsinə çətin ki, ehtiyac yaranardı. Onun yeganə azad diplomat olduğu üçün getdiyini təsəvvür etmək sadəlövhlük olardı.

Buna görə də Uitkoffun Yaxın Şərq üzrə xüsusi nümayəndə olması bəlkə də ondan xəbər verir ki, Rusiya-ABŞ sövdələşməsinin bu epizodu, əslində, böyük ehtimalla Ukrayna münaqişəsi ilə deyil, Yaxın Şərqlə bağlı olub, bu səbəbdən də Moskvaya səfər etmək üçün bu mövzunu yaxşı bilən diplomata ehtiyac olub.

Üstəlik, onu da qeyd etmək yerinə düşər ki, “New York Times” ötən gün məlumat dərc edib. Məlumatda qeyd olunub ki, Trampın Ukrayna nizamlanması planı, belə demək mümkündürsə, dayandırılıb və nizamlanma məsələləri üzrə xüsusi ünamyəndə Kit Kelloq Avropa ölkələri ilə danışıqlar apararaq, onların fikirlərini nəzərə alacaq və Avropanın nizamlanma planı üzrə danışıqlar prosesindən kənarda qalmamasını təmin edəcək.

Bu, daha çox bunu deməyə əsas verir ki, bu sövdələşmə daha çox Yaxın Şərq reallıqları ilə bağlıdır. Lakin təfərrüatlar məlum deyil. Eyni zamanda Trampın Qəzzaya yeni yanaşmasının Yaxın Şərqdə böyük səs-küyə səbəb olduğu da məlumdur. O, fələstinlilərin köçürülməsini və Qəzzanın ABŞ administrasiyasına verilməli olduğunu müdafiə edir. Bölgə ölkələri isə bu plana qarşı çıxır.

Maraqlıdır ki, Rusiya Trampın Qəzza planı ilə bağlı dəqiq açıqlama verməyib. Eyni zamanda, Trampın təklifi həyata keçirmək asan olmayacaq qədər birbaşa və sərt görünür. Ona görə də belə güman etmək lazımdır ki, bu plan daha çox regionda digər proseslərin stimullaşdırılmasına yönəlib. Vaşinqton və Moskva bunları müəllimin azadlığa buraxılması ilə bağlı razılaşma kontekstində müzakirə ediblərmi?

Burada diqqət çəkən vacib məqam odur ki, Yaxın Şərq təbii olaraq Ukrayna müharibəsindən daha çox Qafqaz “dərisi”nə daha yaxındır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Tramp  


Bizi "telegram"da izləyin